Ticarət və ictimai-iaşə obyektlərində çalışan personalın maarifləndirilməsinə həsr olunmuş kurslar keçirilib

Ticarət və ictimai-iaşə obyektlərində çalışan personalın maarifləndirilməsinə həsr olunmuş kurslar keçirilib
# 29 iyul 2008 10:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə ticarət və ictimai-iaşə obyektlərində çalışan personalın (satıcı, ofisiant və kassir-nəzarətçi) maarifləndirilməsi ilə bağlı keçirilən təlim kurslarının yekunları ilə bağlı tədbir keçirilib. İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, kurslarda peşəkar təlimçilər tərəfindən inkişaf etmiş xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla mükəmməl təlim proqramları əsasında müvafiq xidmət personalı müştəri ilə davranış qaydaları və etikası, malların keyfiyyəti və təhlükəsizliyi, ticarət qaydaları, nəzarət-kassa aparatının işlədilməsi qaydaları, istehlakçıların hüquqları və onların qorunmasının vacibliyi və digər məsələlər barədə geniş nəzəri məlumatlar verilib və praktik məşğələlər keçirilib.
Qeyd edək ki, tədbirin sonunda təlim kurslarını müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR