Sofiyada Bolqarıstan-Azərbaycan biznes-forumu keçiriləcək

Sofiyada Bolqarıstan-Azərbaycan biznes-forumu keçiriləcək
# 27 sentyabr 2008 09:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev, Viktoriya Dementyeva – APA-Economics. Bu ilin sentyabr ayının 30-da Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Bolqarıstan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Sofiyada Bolqarıstan-Azərbaycan biznes-forumu keçiriləcək.
Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, biznes-forum çərçivəsində Azərbaycan nümayəndə heyətinə ölkənin İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev başçılıq edəcək. Bolqarıstan rəsmilərindən isə forumda bu ölkənin sənaye və energetika nazirinin müavini Valentin İvanov iştirak edəcək.
Tədbirdə Azərbaycandan əsasən tikinti və investisiyalar sahələrində fəaliyyət göstərən şirkət və təşkilatların nümayəndələri iştirak edəcəklər. Biznes-forum çərçivəsində Azərbaycan və Bolqarıstan şirkətləri arasında ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR