Azərbaycanda sahibkarlara verilmiş güzəştli kreditlərin istifadəsinin monitorinqi keçiriləcək

Azərbaycanda sahibkarlara verilmiş güzəştli kreditlərin istifadəsinin monitorinqi keçiriləcək
# 28 oktyabr 2008 10:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2008-ci ildə sahibkarlara verilmiş kreditlərin istifadə olunmasının səmərəliliyini öyrənmək məqsədi ilə monitorinq keçirəcək. «APA-Economics»in məlumatına görə, bunu SKMF-nin icraçı direktoru Xaliq Məmmədov bildirib.
X.Məmmədovun sözlərinə görə, artıq monitorinq planı tərtib olunub: «Monitorinq ölkənin bütün şəhər və rayonlarında, o cümlədən Bakıda keçiriləcək ki, əsasən kənd təsərrüfatı, emal sənayesinə ayrılmış vəsaitlərin səmərəliliyi yoxlanılacaq. Əgər monitorinq zamanı vəsaitin təyinatı üzrə istifadə olunmadığı aşkar edilərsə, o zaman dərhal həmin vəsaitin geri qaytarılacaq».
Qeyd edək ki, SKMF vəsaiti bank-agentlərə illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Bu ilki dövlət büdcəsindən sahibkarların investisiya layihələrinin kreditləşdirilməsi üçün SKMF-yə 80 mln. manat (o cümlədən, 6 mln. manat Naxçıvan Muxtar Respublikasına) ayrılıb. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR