Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu Avropa İttifaqı ilə birlikdə yerli sahibkarlar arasında maarifləndirmə işi aparacaq

Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu Avropa İttifaqı ilə birlikdə yerli sahibkarlar arasında maarifləndirmə işi aparacaq
# 28 oktyabr 2008 10:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ayırdığı güzəştli kreditlərin sahibkarlar tərəfindən səmərəli istifadəsi üçün maarifləndirmə işlərini həyata keçirmək məqsədilə Avropa İttifaqı ilə birlikdə personalın yetişdirilməsi üzrə layihə hazırlayır. «APA-Economics»in məlumatına görə, bunu SKMF-nin icraçı direktoru Xaliq Məmmədov bildirib.
X.Məmmədovun sözlərinə görə, hazırda SKMF personalın hazırlanması üçün 500-600 min avroluq layihə hazırlayır ki, cari ilin sonunadək layihə Avropa İttifaqının müvafiq komissiyasına təqdim olunacaq. Eyni zamanda SKMF sahibkarlar üçün qısa və uzunmüddətli əsaslarla treninqlər keçirməyi də planlaşdırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR