Azərbaycan paytaxtında Biznes Mərkəzinin inşası layihəsi çərçivəsində müsabiqə keçirilir

Azərbaycan paytaxtında Biznes Mərkəzinin inşası layihəsi çərçivəsində müsabiqə keçirilir
# 19 noyabr 2008 09:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Bakı şəhərində Biznes Mərkəzinin layihələndirilməsi, layihə-smeta sənədlərinin hazırlanması və tikintiyə nəzarət üzrə maraqların ifadə olunmasının qəbulunu elan edib.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, maraqlı olan hüquqi və fiziki şəxslər bu cür işlər və xidmətlərin göstərilməsi sahəsi üzrə təcrübələrini (layihələndirilmə, layihə-smeta sənədlərinin hazırlanması və tikintiyə nəzarət) təsdiqləyən məlumatları və müvafiq hüquqi sənədləri təqdim etməlidirlər. İddiaçılar öz imkanlarını artırmaq məqsədi ilə birgə təkliflər təqdim etmək və ya konsorsiumlar yarada bilər.
Maraqların ifadə olunması bu ilin dekabrın 19-dək təqdim olunmalıdır.
Əlaqə telefonu: (+994 12) 493-88-67.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR