İstanbulda «Türk Sahibkarları Qurultayı – 2009» keçiriləcək

İstanbulda «Türk Sahibkarları Qurultayı – 2009» keçiriləcək
# 06 aprel 2009 13:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Aprelin 10-da İstanbulda (Türkiyə) Dünya «Türk Sahibkarları Qurultayı – 2009» işə başlayacaq. Bu barədə «APA-Economics»ə Azərbaycan-Türkiyə İş Adamları Birliyindən (ATİB) məlumat verilib.
İki gün davam edəcək konfransın məqsədi bütün dünyadakı türk sahibkarlarına interaktiv platformalarda özlərini ifadə etmə imkanı yaratmaq, ayrı-ayrı qitələrdəki problemlər və problemlərin həlli ilə bağlı təklifləri qiymətləndirməkdir. Tədbir çərçivəsində müxtəlif türkdilli ölkələrdən olan iş adamlarının ikitərəfli iş görüşlərinə şərait yaradılacaq. İclaslarda dünya səviyyəsində regional və sektorlar arası texniki əməkdaşlıq imkanları, ticarət əlaqələri, sərmayə yatırımı, gömrük problemləri və s. məsələlər müzakirə olunacaq.
Tədbirdə Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyip Ərdoğan da iştirak edəcək. Türkiyənin dövlət naziri Gurşad Tüzmən «Qlobal iqtisadiyyatda türk sahibkarlarının rolu və lobbiçilik fəaliyyətləri» mövzusunda çıxış edəcək.
Qurultayda Azərbaycandan ATİB üzvü olan iş adamlarının da iştirakı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR