Aprelin 30-da Azərbaycan Sahibkarlar Konfederasiyasının qurultayı keçiriləcək

Aprelin 30-da Azərbaycan Sahibkarlar Konfederasiyasının qurultayı keçiriləcək
# 09 aprel 2009 07:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprelin 30-da Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) növbəti, II Qurultayı keçiriləcək.
ASK-dan «APA-Economics»ə verilən məlumata görə, Qurultaya nümayəndələrin irəli sürülməsi prosesi artıq başa çatıb, gündəliyi, keçirilmə vaxtı və yeri müəyyənləşdirilib. Qurultayın keçirilməsi ilə bağlı yaradılmış Təşkilat Komitəsinə müəyyən rəy və təkliflərin daxil olması və bunların ümumiləşdirilərək Qurultayın işində nəzərə alınması məsələləri də həll edilməkdədir.
ASK-nın II Qurultayının gündəliyinə əsasən, toplantıda ötən 4 il ərzində görülmüş işlərin hesabatı və qarşıda duran vəzifələr, Nəzarət-Təftiş Komissiyasının hesabatı və təşkilati məsələlərin müzakirəsi nəzərdə tutulur.
Qurultayda 400-dən çox nümayəndənin iştirak edəcəyi gözlənilir. Onlardan 150 nəfəri ASK-nın region nümayəndəliklərini təmsil edəcək.
Qeyd edək ki, ASK-nın nizamnaməsinə uyğun olaraq, qurultay 4 ildən bir keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR