Azərbaycan paytaxtında qənd, unlu məmulat, alkoqolsuz içki və süd məhsulları istehsal edən 7 müəssisə bağlanıb

Azərbaycan paytaxtında qənd, unlu məmulat, alkoqolsuz içki və süd məhsulları istehsal edən 7 müəssisə bağlanıb
# 15 aprel 2009 08:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin əvvəlindən indiyədək Bakı şəhərində qənd, unlu məmulat, alkoqolsuz içki (limonad və qazlı su) və süd məhsulları istehsal edən 7 müəssisədə nöqsanlar aşkarlanıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) məlumat verilib.
Komitə tərəfindən həyata keçirilmiş dövlət nəzarəti tədbirləri zamanı həmin müəssisələrdə məhsul istehsalı qaydalarının kobud şəkildə pozulduğu, istehsal prosesinin texniki-normativ qaydalara riayət olunmadan aparılması və s. aşkarlanaraq müvafiq tələbnamələr verilib.
Yoxlamaların nəticəsi olaraq «Lalə» ticarət nişanı ilə qənd istehsal edən fiziki şəxs Kəmalə Namazova, qənd istehsal edən fiziki şəxs Təvəkkül Məmmədov, «Sehirli dad» ticarət nişanı ilə qənd istehsal edən «Əlincə» MMC, unlu qənnadı məhsulların istehsalı ilə məşğul olan fiziki şəxs Oruc Hümmətov, «Hacı su» ticarət nişanı ilə alkoqolsuz içki istehsal edən «İki qardaş» MMC və süd məhsulları istehsal edən fiziki şəxs Nofəl Tağıyevə məxsus müəssisələrin fəaliyyəti dayandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR