136 ölkə 2023-cü ildən qlobal korporativ verginin tətbiqinə dair razılığa gəlib

136 ölkə 2023-cü ildən qlobal korporativ verginin tətbiqinə dair razılığa gəlib
# 11 oktyabr 2021 12:14 (UTC +04:00)

Beynəlxalq ictimaiyyət qlobal vergi sistemində genişmiqyaslı islahata dair razılığa gəlib, bu çərçivədə 2023-cü ildən transmilli şirkətlərin mənfəət vergisinin minimum dərəcəsi 15% səviyyəsində müəyyən ediləcək.

"APA-Economics"in məlumatına görə, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) açıqlamasında deyilir.

136 ölkə və yurisdiksiyanın (qlobal ÜDM-in 90%-dən çox bu ölkələrin payına düşür) təsdiq etdiyi islahat dünyanın ən böyük transmilli şirkətləri üçün vergi hüquqlarının yenidən bölüşdürülməsini nəzərdə tutur. Bu maddəyə uyğun olaraq, dövlətlər fiziki olaraq bu şirkətlərdə təmsil olunmasa belə, müəyyən bir ölkədə baş verən beynəlxalq korporasiyaların fəaliyyətinə vergi tətbiq etmək hüququna malik olacaqlar.

Gəlirləri ildə 750 mln. avrodan çox olan şirkətlərə şamil ediləcək yeni minimum 15%-lik korporativ vergi dərəcəsi hər il təxminən 150 mlrd. dollarlıq qlobal vergi yığımlarını təmin edəcək.

Qlobal vergi islahatları ilə bağlı müzakirələrə qatılan 140 ölkədən yalnız 4-ü (Keniya, Nigeriya, Pakistan və Şri-Lanka) hələ də müqaviləyə qoşulmayıb.

İslahatın G20 ölkələrinin liderləri tərəfindən bu ayın sonunda Romada keçiriləcək görüşdə dəstəklənməsi gözlənilir. Bunun ardınca, dövlətlər islahatı həyata keçirmək üçün daxili qanunlarını və beynəlxalq müqavilələrini dəyişdirməli olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR