Azərbaycan sahibkarlarına bu il 19 mln. manata yaxın güzəştli kreditlər verilib

Azərbaycan sahibkarlarına bu il 19 mln. manata yaxın güzəştli kreditlər verilib
# 19 may 2021 16:02 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 217 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 18,6 mln. manat güzəştli kreditlər verilib.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu kreditlərin reallaşdırılması nəticəsində 600-dək yeni iş yerinin açılması imkanı yaranıb.

Verilən kreditlərin 43%-i aqrar sektorun, 57%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalına yönəldilib. Güzəştli kreditlərin 73%-i regionlarda, 27%-i isə Bakı şəhərinin qəsəbələrində fəaliyyət göstərən sahibkarlara verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR