Azərbaycan Ulyanovsk vilayətinin əsas xarici ticarət tərəfdaş ölkələrinin ilk onluğuna daxil olub

Azərbaycan Ulyanovsk vilayətinin əsas xarici ticarət tərəfdaş ölkələrinin ilk onluğuna daxil olub
# 26 avqust 2021 17:52 (UTC +04:00)

Azərbaycan Rusiyanın Ulyanovsk vilayətinin əsas xarici ticarət tərəfdaş ölkələrinin ilk onluğuna daxil olub.

APA-Economics” Ulyanovsk mətbuatına istinadən xəbər verir ki, bölgədən mallar 84 ölkəyə ixrac olunur və ən böyük tərəfdaş ölkələr sırasına Əlcəzair, ABŞ, Qazaxıstan, Kamboca, Almaniya, Azərbaycan, Belarus, Macarıstan, Çin və Ukrayna daxildir. Ulyanovskun 309 müəssisəsi məhsullarını xaricə ixrac edir.
Bu il ərzində bölgədən taxıl, balıq, ət və süd məhsulları, dənli bitkilər, yağlı toxumlar, şirniyyat məhsulları, spirtli və alkoqolsuz içkilər ixrac edilib. Cari ildə Ulyanovskun əsas tərəfdaşları Qırğızıstan, Qazaxıstan, Belarus, Azərbaycan, İsrail, Monqolustan, Ermənistan, Almaniya, Çin, Latviya, Koreya, Ukrayna və Estoniya olub.
2021-ci ilin ilk yarısında Ulyanovsk vilayətinin xarici ticarət dövriyyəsi 761 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni göstəricisini 358 mln. dollar üstələyir. Bununla yanaşı ixrac 254 mln. dollar artaraq 382 mln. dollara, idxal isə 105 mln. dollar artaraq 378 mln. dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR