Azərbaycan və İran arasında B2B görüşlərin keçirilməsinə dair razılıq əldə olunub

Azərbaycan və İran arasında B2B görüşlərin keçirilməsinə dair razılıq əldə olunub
# 11 iyun 2021 17:52 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində İranla Azərbaycan arasında ticarət dövriyyəsi 135 mln. ABŞ dolları təşkil edib.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) “APA-Economics”ə verilən məlumata görə, bunu İranın yeni təyin olunmuş ticarət attaşesi Mehdi Babai ASK-nın vitse-prezidenti Vüqar Zeynalovla görüşü zamanı deyib.

Görüşdə ölkələr arasında ticarət dövriyyəsinin artırılması, iqtisadi əlaqələrin inkişaf perspektivləri ilə bağlı təkliflər müzakirə edilib. Həmçinin Azərbaycan-İran Müştərək Ticarət Palatasının İran tərəfindən həmsədrinin Azərbaycana səfəri və keçiriləcək görüşlər barədə geniş fikir mübadiləsi aparılıb. Bununla yanaşı, yaxın gələcəkdə birgə B2B görüşlərin keçirilməsinə dair razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR