Azərbaycanda muzdlu işçilərin orta aylıq maaşları açıqlanıb

Azərbaycanda muzdlu işçilərin orta aylıq maaşları açıqlanıb
# 15 iyul 2021 17:11 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 0,7% azalaraq 724 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3215,9 manat, qeyri neft-qaz sektorunda 672,6 manat təşkil etmişdir.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqqısı 635,5 manat, özəl müəssisələrdə isə 832,1 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR