Azərbaycanda tütün məmulatlarının vergiyə cəlb olunan miqdarı 94% artıb

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 27 may 2021 15:14 (UTC +04:00)

Azərbaycanda iqtisadi artımın əsas hərəkətverici amili neft sektorundan qeyri-neft sektoruna transformasiya olunur.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir əlavə edib ki, 2021-ci ilin 3 ayında istehsalçılar üzrə tütün məmulatlarının vergiyə cəlb olunan miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 94,1% artıb.

"Tütün məmulatları istehsalçılarının dövriyyəsində isə 82,4% artım vardır. Ödənilən aksiz vergilərinin məbləği əvvəlki illə müqayisədə 54,1% çoxdur", - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR