Azərbaycanın qeyri-neft ixracı sentyabrda 75%-dən çox artıb

Azərbaycanın qeyri-neft ixracı sentyabrda 75%-dən çox artıb
# 06 oktyabr 2021 15:07 (UTC +04:00)

Bu ilin sentyabr ayı üzrə Azərbaycanın ixracı 1,7 mlrd. dollar təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, qeyri-neft sektoru üzrə ixracda artım 75,2% təşkil etməklə 224,7 mln. dollar olub.

2021-ci ilin sentyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 34,5% artaraq 46,2 mln. dollar, qeyri-yeyinti məhsulları üzrə isə 90% artaraq 178,5 mln. dollar təşkil edib.

Ümumilikdə, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın ixracı 14,6 mlrd. dollar, qeyri-neft sektoru üzrə 1,8 mlrd. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 525,3 mln. dollar və ya 40,9% artıb.

2021-ci ilin 9 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 398,9 mln. dollar ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında pambıq iplik 3,3 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 2,3 dəfə, kimya sənayesi məhsulları 2,1 dəfə, şəkər 2,1 dəfə, pambıq lifi 80,8%, alüminium və ondan hazırlanan məmulatlarda isə 55,8% artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR