Britaniyada məşğulluq rekorda çatıb

Britaniyada məşğulluq rekorda çatıb
# 12 oktyabr 2021 14:07 (UTC +04:00)

Böyük Britaniya şirkətlərində çalışan işçilərin sayı sentyabr ayında rekord həddə çatıb. Bu, uçot faiz dərəcəsini yüksəltməyə hazırlaşan İngiltərə Bankı ("Bank of England") üçün təkan ola bilər.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, ölkə iqtisadiyyatının yaxşılaşması fonunda Britaniya şirkətlərində çalışan işçilərin sayı sentyabr ayında 207 min nəfər artıb. Əlavə olaraq, iyun-avqust aylarında işsizlik səviyyəsi may-iyul aylarındakı 4,6%-dən 4,5%-ə düşüb.

İyun-avqust aylarında orta əməkhaqqı, may-iyul aylarında 8,3%-lik artımdan sonra illik 7,2% artıb. Mükafat və bonuslar istisna olmaqla, artım 6% təşkil edib.

Xatırladaq ki, İngiltərə Bankı, əsas faiz dərəcəsini 0,1% artıracaq dünyanın aparıcı mərkəzi banklarından birincisi ola bilər. "HSBC Asset Management"in analitiki Hüseyn Mehdinin sözlərinə görə, güclü əmək statistikası Mərkəzi Bankın faiz dərəcəsini bu ilin sonunadək artırma ehtimalını yüksəldir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR