Gəncədə bu ilin sonunadək LED lampaları fabriki açılacaq

Gəncədə bu ilin sonunadək LED lampaları fabriki açılacaq
# 01 dekabr 2021 15:17 (UTC +04:00)

Dekabrın sonunadək Gəncədə LED lampalarının istehsalı üzrə fabrik açılacaq və müəssisədə tam olaraq bu məhsulların istehsalına start veriləcək.

Bunu "APA-Economics"ə Gəncə İş Adamları İctimai Birliyinin sədri Zəfər Məmmədov deyib.

Onun sözlərinə görə, layihənin icrası ilə bağlı ilkin olaraq Çinlə əməkdaşlığa başlanıldı və bu ölkədən Azərbaycana dəzgahlar və digər zəruri xammallar gətirildi.

"Biz bu istiqamətdə Türkiyənin sözügedən sahədə uğur əldə edən şirkətlərindən biri ilə əməkdaşlığa artıq başlamışıq. Gələn il məhz bu şirkətlə birlikdə lampaların istehsalını artıracağıq", - deyə Z. Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR