PAKAZCHAM Azərbaycanda fəaliyyət göstərən 2,5 minədək Pakistan şirkətinə dəstək göstərəcək

PAKAZCHAM Azərbaycanda fəaliyyət göstərən 2,5 minədək Pakistan şirkətinə dəstək göstərəcək

© APA | Xurram Bhatti

# 07 iyul 2021 11:46 (UTC +04:00)

Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası (PAKAZCHAM) ölkədə fəaliyyət göstərən 2,5 minədək Pakistan şirkətlərinə dəstək verəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) açılış mərasimində çıxış edərkən PAKAZCHAM-ın prezidenti Xurram Bhatti deyib.

Onun sözlərinə görə, Pakistan kapitalı ilə ölkədə fəaliyyət göstərən şirkətlərin sayı, pakistanlıların Azərbaycana inamının və güvəninin bariz nümunəsidir ki, bu da ölkəyə investisiyaların cəlb olunmasına zəmin yaradır.

"Pakistana investisiya yatıran Azərbaycan şirkətlərinin də sayının artacağına inanırıq. Turizm sahəsində geniş potensial var. 2019-cu ildə 40 mindən çox pakistanlı turist Azərbaycana səfər edib. 2016-cı ildə bu rəqəm təxminən 4 min idi. Bu rəqəmin ilbəil artacağına inanırıq", - deyə X. Bhatti qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR