Rusiya günəbaxan yağının ixrac rüsumunu artırır

Rusiya günəbaxan yağının ixrac rüsumunu artırır
# 03 dekabr 2021 14:50 (UTC +04:00)

Gələn ilin yanvarın 1-dən Rusiyadan günəbaxan yağının 1 tonu üçün ixrac rüsumu 2021-ci ilin dekabrında 276,7 ABŞ dollarına qarşı 280,8 dollara yüksələcək.

"APA-Ecoinomics"in məlumatına görə, bu barədə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında deyilir.

Rüsum bir ton məhsul üçün 1 401,2 dollar məbləğində olan indikativ qiymətə əsasən hesablanıb.

Rusiya Federasiyası hökumətinin aprel ayında qəbul etdiyi qərara əsasən, günəbaxan yağına 2021-ci il sentyabrın 1-dən 2022-ci il avqustun 31-dək 70%-lik üzən ixrac rüsumu tətbiq edilir. Tənzimləmə əmsalının dəyərinə (tonuna 50 dollar) azaldılmış əsas qiymətlə (ton üçün 1 000 dollar) göstərici qiymət (ay üçün bazar qiymətlərinin orta arifmetik dəyəri) arasındakı fərqdən tutulur. İndikativ qiymətin müəyyən edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə bazarı daim nəzarətdə saxlamaq tapşırılıb. Rüsumun məbləği barədə məlumat operativ şəkildə dövlət orqanlarının internet saytlarında yerləşdiriləcək.

Qərar Rusiyadan Avrasiya İqtisadi İttifaqı ölkələrinin hüdudlarından kənara ixrac edilən məhsullara şamil edilir. Hökumətin fikrincə, bu, ixracın həcmini tənzimləməyə və bazar iştirakçılarını yüksək əlavə dəyərə malik kənd təsərrüfatı məhsullarının ixracına yönləndirməyə kömək edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR