«Balaxanı-Sabunçu-Ramana» yatağında bu il 134 quyuda əsaslı təmir aparılıb

«Balaxanı-Sabunçu-Ramana» yatağında bu il 134 quyuda əsaslı təmir aparılıb
# 21 avqust 2008 13:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Balaxanı-Sabunçu-Ramana» yatağının işlənməsini həyata keçirən «Balaxanıneft» NQÇİ-nin kollektivi bu ilin 7 ayı ərzində proqnozda nəzərdə tutulan 128 quyuya qarşı 134 quyuda əsaslı təmir işləri aparıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, nəticədə 5 097 ton neft (planlaşdırılandan 1 517 ton əlavə) alınıb. Təmir işləri NQÇİ-nin Quyuların Yeraltı və Əsaslı Təmiri Sexi tərəfindən həyata keçirilib. Müvafiq dövr ərzində fəaliyyətsiz fonddan 12 quyu istismara daxil edilib.
Qeyd edək ki, «Balaxanı-Sabunçu-Ramana» yatağı 150 ildən artıqdır ki fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR