Azərbaycan avqustda benzin ixracını 14% artırıb

Azərbaycan avqustda benzin ixracını 14% artırıb
# 04 sentyabr 2008 15:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2008-ci ilin avqust ayında 32 431 ton avtomobil benzini, 57 876 ton dizel yanacağı, 13 654 ton təyyarə yanacağı, 42 525 ton soba mazutu ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Avtomobil benzinin ixracı 14,1% artıb, dizel yanacağının həcmi 29%, təyyarə yanacağının həcmi 7,7%, soba mazutunun ixracı isə 46,6% azalıb.
Cari ilin yanvar-avqust aylarında isə 244 519 ton avtomobil benzini, 784 459 ton dizel yanacağı, 156 587 ton təyyarə yanacağı, 319 306 ton soba mazutu ixrac edilib.
Avqust ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 972,99 dollar, təyyarə yanacağı – 1 115,13 dollar, dizel yanacağı – 1 018,54 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 643,14 dollar təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR