Sabah Türkiyənin enerji və təbii qaynaqlar naziri Azərbaycana gəlir

Sabah Türkiyənin enerji və təbii qaynaqlar naziri Azərbaycana gəlir
# 07 sentyabr 2008 18:12 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun xəbərinə görə, Gülər 9-10 sentyabrda Bakıda keçiriləcək “Azərbaycan və Türkmənistan neft və qaz perspektivləri” adlı konfransda iştirak edəcək.

Türkiyəli naziri Azərbaycan prezidenti İlham Əliyevin qəbul edəcəyi gözlənilir. Onun sənaye və energetika naziri Natiq Əliyev, həmçinin konfransda iştirak üçün Azərbaycana gələcək Gürcüstanın enerji naziri ilə də təkbətək görüşləri olacaq. Görüşlərdə enerji ilə bağlı əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR