Azərbaycan Dövlət Neft Şirkətinin REBCO markalı növbəti xam neft partiyasını İsveçrənin «Vitol» şirkəti alıb

Azərbaycan Dövlət Neft Şirkətinin REBCO markalı növbəti xam neft partiyasını İsveçrənin «Vitol» şirkəti alıb
# 10 sentyabr 2008 10:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Rusiyanın Qara dəniz sahilində yerləşən Novorossiysk limanından REBCO markalı xam neft partiyasının ixracına dair elan olunmuş növbəti sorğunun nəticələrini açıqlayıb.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, 600 min barel həcmində neftin satılmasına dair elan olnmuş sorğunun nəticələrinə əsasən, bu ilin sentyabr ayının 29-30-da Novorossiysk limanından REBCO markalı xam neft partiyasını İsveçrənin «Vitol» şirkəti həyata keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR