ABŞ-ın yeni sanksiyaları "Şimal axını-2"yə lazım olan sərmayələri bloklayacaq

ABŞ-ın yeni sanksiyaları "Şimal axını-2"yə lazım olan sərmayələri bloklayacaq
# 01 iyul 2020 15:34 (UTC +04:00)

ABŞ-ın "Şimal axını-2" layihəsinə qarşı tətbiq etdiyi sanksiyaların genişləndirilməsi boru kəmərinin tikintisini başa çatdırmaq üçün təxminən 700 mln. avro həcmində sərmayələrin cəlbini əngəlləyəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə TASS layihə operatoru olan "Nord Stream 2 AG" şirkətinə istinadən xəbər verir.

Məlumata əsasən, ABŞ-ın təklif etdiyi əlavə sanksiyalar Avropanın 12-dən çox ölkəsinin 120-dən çox şirkətinə birbaşa təsir edəcək.

"Çətin iqtisadi vəziyyətdə sanksiyalar qaz kəmərinin inşasını başa çatdırmaq üçün təxminən 700 mln. avro həcmində sərmayələri əngəlləyəcək", - məlumatda deyilir.

Bundan əvvəl ABŞ konqresmeni Stiv Vomak bildirib ki, ABŞ Senatı "Şimal axını-2"yə qarşı əlavə sanksiyalar ölkənin müdafiə büdcəsinin layihəsinə daxil edib.

Xatırladaq ki, ötən ilin dekabrın 20-də ABŞ Prezidenti Donald Tramp "Şimal axını-2" və "Türk axını" boru kəmərlərinə qarşı sanksiyaları nəzərdə tutan 2020-ci il üçün müdafiə büdcəsini imzalayıb. ABŞ podratçı şirkətlərdən tikinti işlərini dərhal dayandırmasını tələb edib. "Şimal axını-2"nin tikintisi aparan İsveçrənin "Allseas" şirkəti tələbi yerinə yetirib. "Allseas" şirkətinin sözçüsü Yens Müller qeyd edib ki, 2 460 km uzunluğunda olacaq qaz kəmərinin 160 km-ə yaxın hissəsinin tikintisi hələ başa çatmayıb.

Qeyd edək ki, “Şimal axını-2” layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR