Azərbaycan Gürcüstana ən çox neft bitumu ixrac edən ölkə olub

Azərbaycan Gürcüstana ən çox neft bitumu ixrac edən ölkə olub
# 18 iyun 2020 11:48 (UTC +04:00)

Bu ilin may ayında Gürcüstan Azərbaycandan 1,9 min ton neft bitumu idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycandan idxal Gürcüstanın ümumi idxalının 24,7%-ni təşkil edib. May ayında Gürcüstan ən çox Rusiyadan neft bitumu idxal edib – 4,2 min ton. Bu, ümumi idxalın 59,7%-nə bərabər olub. Gürcüstanın may ayında neft bitumu idxalı 7,7 min ton təşkil edib ki, bu da illik müqayisədə 45,8% azdır.

Hesabatda qeyd olunub ki, yanvar-may ayları ərzində Gürcüstan Azərbaycandan 13,7 min ton neft bitumu idxal edib. Bu, cari il ərzində ümumi idxalın 53,7%-ni təşkil edib. Hesabat dövründə Gürcüstanın ümumilikdə 25,5 min ton neft bitumu idxal edib ki, bu da illik müqayisədə 18,6 min ton və ya 42,2% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR