Azərbaycanda sənaye istehsalı yanvar-martda 3,6% azalıb

Azərbaycanda sənaye istehsalı yanvar-martda 3,6% azalıb
# 16 aprel 2021 12:02 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 3,6% azalaraq 11 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 5,9% azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 11,9% artıb.

Sənaye məhsulunun 63,7%-i mədənçıxarma, 29,3%-i emal, 6,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 82,4%-i olmuşdur. Ümumi istehsalın 89,7%-i sənaye məhsullarının istehsalı, 10,3%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR