BP: Təmir işləri ilə əlaqədar "Şahdəniz Alfa" və "Çıraq" platformalarının fəaliyyəti gələn il dayandırılacaq

BP: Təmir işləri ilə əlaqədar "Şahdəniz Alfa" və "Çıraq" platformalarının fəaliyyəti gələn il dayandırılacaq
# 18 dekabr 2019 16:59 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında yerləşən "Şahdəniz Alfa" platformasının fəaliyyəti planlaşdırılmış təmir-sazlama işləri ilə əlaqədar gələn il dayandıracaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə BP-in Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Onun sözlərinə görə, platformanın işi gələn ilin ikinci yarısında dayandırılacaq.

Bundan başqa B. Aslanbəylinin sözlərinə görə, 2020-ci ilin ikinci yarısında planlaşdırılmış təmir-sazlama işlərinin aparılması məqsədilə "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlar blokunda yerləşən "Çıraq" platformasının da işi dayandırılacaq.

"Platformaların dayanma müddəti aparılacaq işlərin həcmindən asılı olacaq", - deyə B. Aslanbəyli bildirib.

Qeyd edək ki, AÇG-də istismar olunan "Qərbi Çıraq" platformasının fəaliyyəti planlaşdırılmış profilaktik işlərin aparılması məqsədilə dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR