BVF Azərbaycanın neft hasilatı üzrə proqnozunu yüksəldib

BVF Azərbaycanın neft hasilatı üzrə proqnozunu yüksəldib
# 12 aprel 2021 10:38 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanda gündəlik xam neft hasilatı 680 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnozdan 10 min barel çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının aprel buraxılışında deyilir.

2022-ci ildə sözügedən göstəricinin 660 min barelə enəcəyi proqnozlaşdırılır.

Fond Orta Şərq və Mərkəzi Asiya regionunda gündəlik ən çox neft hasil edən ölkənin Səudiyyə Ərəbistanının (9,24 mln. barel), ən az isə Türkmənistanın (190 min barel) olacağını güman edir.

Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycan gündəlik 710 min ton xam neft hasil edilib. Bu ilin fevral ayında isə Azərbaycan üzrə gündəlik xam neft hasilatı 593 min barel olub. "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) sazişi çərçivəsində Azərbaycanın apreldə gündəlik xam neft hasilatı 595 min barel səviyyəsində saxlanılacaq.

Xatırladaq ki, ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının sonuncu proqnozuna əsasən, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 750 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnozdan 20 min barel azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR