Gürcüstan Azərbaycan neftinin idxalını artırıb

Gürcüstan Azərbaycan neftinin idxalını artırıb
# 19 noyabr 2020 11:44 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycandan 50 972,87 min ABŞ dolları dəyərində 167 133,82 ton neft və neft yağları idxal edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Bildirilib ki, idxal edilən məhsulun dəyəri illik ifadədə 17 735,67 min dollar və ya 25,8% azalıb, həcmi isə 42 478,91 ton və ya 34% artıb.

Hesabat dövründə Gürcüstan ümumilikdə 412 403,6 min dollar dəyərində neft və neft yağları idxal edib. Bu, əvvəlki illə müqayisədə 33,1% azdır və ümumi idxalın 6,4%-nə bərabərdir. Beləliklə, cari ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın neft və neft yağları idxalının 12,3%-i Azərbaycanın payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR