"Lukoil": "OPEC+" razılaşması həmişəlik uzadıla bilər

"Lukoil": "OPEC+" razılaşması həmişəlik uzadıla bilər
# 26 aprel 2021 10:51 (UTC +04:00)

Yeni iqlim reallıqları şəraitində "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması müddətsiz uzadıla bilər.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın "Lukoil" neft şirkətinin vitse-prezidenti və ortaq sahibi Leonid Fedun deyib.

O bildirib ki, "OPEC+" razılaşması uzun bir tarixi perspektiv üçündür, yeni iqlim reallıqları şəraitində bəlkə də həmişəlik olacaq.

Xatırladaq ki, Azərbaycan da "OPEC+" razılaşmasının iştirakçısıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR