"Nobel Oil Services" Qazaxıstanda ilk müqaviləsini imzalayıb

"Nobel Oil Services" Qazaxıstanda ilk müqaviləsini imzalayıb
# 03 fevral 2020 17:42 (UTC +04:00)

“Nobel Oil Services” şirkəti Qazaxıstan Respublikasında qazma işlərinə aid ilk müqaviləsini “Evrika Oleum” şirkəti ilə imzaladı.

“Nobel Oil Services”-dən “APA-Economics”ə verilən məlumata görə, müqavilə çərçivəsində “Nobel Oil Services”, “Evrika Oleum” şirkətinin neft yataqlarının birində quyuların qazılması layihəsi üzrə idarəetmə xidmətlərini göstərəcək. Kontrakt 3 100 metr dərinliyə qədər maili neft quyusunun qazılmasına nəzarət xidmətlərini nəzərdə tutur.

“Evrika Oleum şirkəti ilə bağlanan müqavilə ölkədə ehtiyac duyulan bilik, bacarıq və səriştəni təmin etmək baxımından gözəl fürsətdir. “Nobel Oil Services” Xəzər regionunda neft-qaz sənayesinə kompleks xidmətlərin göstərilməsi istiqamətində özünü artıq təsdiq etmiş bir şirkətdir. Qazaxıstan Respublikasında kontraktın əldə edilməsi, şirkəti beynəlxalq səviyyəli müəssisəyə çevirmək məqsədi ilə Qrupun yürütdüyü strategiyanın tərkib hissəsidir”, - deyə “Nobel Oil Services”in Qazma işləri üzrə Baş Direktoru Samir Mollayev qeyd edib.

Qeyd edək ki, “Nobel Oil Services” neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarə edilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərək fəaliyyətlərini uğurla inkişaf etdirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR