Ukrayna əhali qrupu üzrə qaz tarifini 31% artırır

Ukrayna əhali qrupu üzrə qaz tarifini 31% artırır
# 27 avqust 2020 14:50 (UTC +04:00)

Ukraynada əhali qrupu üzrə qaz tarifi sentyabr ayından etibarən avqust ayına nisbətən 31,06% artırılır.

"APA-Economics"in RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "Naftoqaz Ukrayna" şirkətinin mətbuat xidmətindən bildirilib.

Əhali qrupu üzrə qazın 1 kubmetri 4,7 qrivnayadək (0,17 ABŞ dolları) bahalaşacaq.

Avqustda “Naftoqaz” əhali qrupu üzrə qazın tarifini 3,24 qrivna (0,12 dollar) səviyyəsində müəyyənləşdirib.

Qeyd edək ki, yanvar ayından etibarən Ukrayna hökuməti "Naftoqaz"ın üzərinə əhali qrupuna qazı Niderlandın TTF mərkəzindəki qazın qiymətinə əsaslanan qiymətə satmağı öhdəliyi qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR