Avropa Komissiyası: Qazın kəskin bahalaşması Aİ iqtisadiyyatına təzyiq göstərir

Ursula fon der Leyen

© APA | Ursula fon der Leyen

# 20 oktyabr 2021 13:16 (UTC +04:00)

Avropa Komissiyası enerji qiymətlərinin artması səbəbindən Avropa İttifaqında (Aİ) müəssisələrin bağlanması risklərinin gördüyünü bildirib.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.

Onun sözlərinə görə, qaz qiymətləri dövri xarakter daşıyır və qlobal bazar tərəfindən müəyyən edilir. Mövcud sıçrayışın səbəblərindən biri də qlobal iqtisadiyyatın canlanmasıdır. Bununla birlikdə, "mavi yanacağın" qiyməti Aİ elektrik enerjisinin qiymətini artırır, bu da Aİ iqtisadiyyatına təzyiq göstərir

Ursula fon der Leyen onu da bildirib ki, Avropa Komissiyası qiymət artımının bir çox ailənin dolanışığını çətinləşdirdiyini və şirkətlərin bağlanma riski ilə üzləşdiyini müşahidə edir.

Avropa Komissiyasının rəhbəri əlavə edib ki, Aİ qaz idxalından çox asılıdır və "mavı yanacaq" tədarükçülərinin sayını artırmaq vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR