Azərbaycan alüminium ixracından gəlirlərini kəskin artırıb

Azərbaycan alüminium ixracından gəlirlərini kəskin artırıb
# 17 iyul 2021 15:00 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycan 60 957,7 min ABŞ dolları dəyərində 25 852,13 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 49%, həcmi isə 12% artıb.

Məlumata görə, hesabat dövründə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 5,24% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR