Azərbaycan Cənubi Qafqaz boru kəməri ilə qaz ixracını kəskin artırıb

Azərbaycan Cənubi Qafqaz boru kəməri ilə qaz ixracını kəskin artırıb
# 15 iyul 2021 10:03 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycanda magistral qaz kəmərləri ilə 17 072,4 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 9,5% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qazın nəqlinin 49%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 8 368,5 mln. kubmetr qaz ötürülüb (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 43,5%-lik artım).

Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 km, diametri 42 düymdür.

Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulub. Boru kəməri 1-i Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 4 qaz təhvili stansiyasına malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR