Azərbaycan əmtəəlik qaz hasilatını 19% artırıb

Azərbaycan əmtəəlik qaz hasilatını 19% artırıb
# 19 oktyabr 2021 11:59 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 22,8 mlrd. manat olub, bu da illik müqayisədə 0,6% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 25 820,5 min ton, əmtəəlik təbii qaz hasilatı isə 23 398 mln. kub metr təşkil edib. Əmtəəlik neft hasilatı illik müqayisədə 0,7% azalıb, əmtəəlik qaz hasilatı isə 19,3% artıb.

Qeyd olunur ki, hesabat dövründə Azərbaycanda 25 868 min ton neft (0,9% azalma) və 31 693,5 mln. kubmetr qaz (15,1% artım) hasil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR