Azərbaycan növbəti dörd ildə neft-qaz ixracından 56 mlrd. dollar qazanacaq - PROQNOZ

Azərbaycan növbəti dörd ildə neft-qaz ixracından 56 mlrd. dollar qazanacaq - PROQNOZ
# 05 noyabr 2021 16:20 (UTC +04:00)

Azərbaycanın 2022-2025-ci illərdə neft-qaz sektoru üzrə məcmu ixracı 56 400,4 mln. ABŞ dolları səviyyəsində proqnozlaşdırılır.

"APA-Economics" məlumatına görə, bu, Azərbaycan Respublikası dövlət büdcəsinin 2022-ci il və növbəti üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əks olunub.

Proqnoza görə, 2022-2024-cü illərdə ölkənin neft-qaz sektoru üzrə ixracı tədricə artacaq, 2025-ci ildəsə bir qədər azalacaq.

Belə ki, sözügedən göstərici 2022-ci ildə 13 395,6 mln. dollar, 2023-cü ildə –14 305,8 mln. dollar, 2024-cü ildə – 14 556,2 mln. dollar, 2025-ci ildə isə 14 142,8 mln. dollar təşkil edəcəyi proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR