Azərbaycan qaz kondensatının istehsalını artırıb

Azərbaycan qaz kondensatının istehsalını artırıb
# 05 avqust 2021 17:28 (UTC +04:00)

Cari ilin I yarısında Azərbaycan 2 694,8 min ton qaz kondensatı hasil edib ki, bu da illik müqayisədə 25,07% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin yanvar-iyun aylarında ölkədə 2 154,6 min ton qaz kondensatı istehsal edilib.

Məlumata əsasən, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatın 2 684,4 min tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 26,2% çoxdur. Belə ki, 2020-ci ilin I yarısında bu göstərici 2 127,2 min ton səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycan 4 220,3 min ton qaz kondensatı hasil edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 7,9% çoxdur. Hesabat dövründə ölkədə istehsal edilən qaz kondensatın 4 185,5 min tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 7,9% çoxdur.

Qeyd edək ki, Azərbaycanda hasil edilən kondensatın böyük hissəsi Xəzər dənizində yerləşən "Şahdəniz" qaz-kondensat yatağının payına düşür. Hasilatın artmasını yatağın işlənməsinin ikinci mərhələsinin həyata keçirilməsi ilə əlaqələndirmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR