Azərbaycanda 2025-ci ildə qaz hasilatı 50 mlrd. kubmetrə çatacaq - CƏDVƏL

Azərbaycanda 2025-ci ildə qaz hasilatı 50 mlrd. kubmetrə çatacaq  - CƏDVƏL
# 05 noyabr 2021 13:08 (UTC +04:00)

Azərbaycanda 2025-ci ildə qaz hasilatının təxminən 50 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 35,4% çoxdur.

"APA-Economics" məlumatına görə, bu, Azərbaycan Respublikası dövlət büdcəsinin 2022-ci il və növbəti üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əks olunub.

Proqnoza əsasən, 2025-ci ildə ölkədə hasil edilən qazın 38 233,6 mln. kubmetri əmtəəlik məhsulun payına düşəcək ki, bu da 46,7% artım deməkdir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə 36 713,3 mln. kubmetr təbii qaz hasil edilib, bunun 26 065,1 mln. kubmetri əmtəəlik məhsulunun payına düşüb.

Proqnoza əsasən, 2022-2025-ci illərdə Azərbaycanda təbii qaz hasilatının və onun əmtəəlik payının tədricən artması gözlənilir.

Azərbaycanda qaz hasilatının artım dinamikası:

(mln. kubmetr)

2022-ci il

2023-cü il

2024-cü il

2025-ci il

Qaz hasilatı

43 514

47 757,4

49 210,1

49 728,1

əmtəəlik qaz

32 301,9

36 867,7

38 106,4

38 233,6

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR