Azərbaycanda oksigen istehsalı kəskin artıb - CƏDVƏL

Azərbaycanda oksigen istehsalı kəskin artıb - CƏDVƏL
# 15 sentyabr 2021 12:14 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 147,9 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 62,1%, rezin və plastik kütlə məmulatlarının istehsalında 17,5%, kimya sənayesi məhsullarının istehsalında isə 5,8% artıb.

Hesabat dövründə ölkədə 6 455,3 min kubmetr oksigen istehsal olunub ki, bu da illik ifadədə 3,9 dəfə çoxdur. İstehsal olunmuş oksigenin 6 431,3 min kubmetri (artım 4 dəfə) əmtəəlik oksigenin payına düşüb.

Məlumata görə, əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 2,1 dəfə, rezin və plastik kütlə məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı isə 4,1 dəfə artıb.

Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2021-ci il, yanvar-avqust

2020-ci ilin müvafiq ayına nisbətən, %

Azot, min kubmetr

15 045,2

101,1

ondan əmtəəlik

611,2

2,1 dəfə

Yod, ton

110,7

89,7

Oksigen, min kubmetr

6 455,3

3,9 dəfə

ondan əmtəəlik

6 431,3

4 dəfə

Propilen, min ton

93,5

121,3

ondan əmtəəlik

87,7

120

Polietilen, min ton

106,8

104,4

Etilen, min ton

108,8

106,6

Metanol (metil spirti), min ton

197,2

60,3

Lak-boya məmulatları, ton

18 199,1

2,1 dəfə

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

28 746,8

129,5

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR