Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı artırıb

Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı artırıb
# 16 noyabr 2021 12:55 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 75,6 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yanvar-oktyabr aylarında günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən isə 47,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (+15,8%).

Qeyd edək ki, yanvar-oktyabr aylarında Azərbaycanda 21 245,7,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 7,2% çoxdur. İstehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-oktyabr aylarında 20 592,4 mln. kVt-saat təşkil edib (+7,6%).

Komitənin məlumatına əsasən, hesabat dövründə ölkədə istehsal edilən elektrik enerjinin 19 387,6 mln. kVt-saat istilik (+7,1%), 1 081,5 mln. kVt-saat su elektrik (+17,2%) stansiyaların payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR