Dünyanın neft-qaz nəhənglərindən biri İraqa 27 mlrd. dollar sərmayə yatıracaq

Dünyanın neft-qaz nəhənglərindən biri İraqa 27 mlrd. dollar sərmayə yatıracaq
# 06 sentyabr 2021 16:32 (UTC +04:00)

Fransanın "TotalEnergies" enerji şirkəti (əvvəlki adı "Total") İraqın Neft və Elektrik Enerjisi Nazirliyi və Milli İnvestisiya Komissiyası ilə ölkədəki müxtəlif enerji layihələrinə sərmayə yatırmaq məqsədilə müqavilələr imzalayıb.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sərmayələrin ümumi həcmi 25 il ərzində 27 mlrd. ABŞ dolları təşkil edəcək. İnvestisiya yatırımı iki mərhələ çərçivəsində həyata keçiriləcək – ilk mərhələdə 10 mlrd. dollar, ikinci mərhələdə isə 17 mlrd. dollar həcmində sərmayə yatırılacaq.

Məlumata görə, "TotalEnergies" İraqda həm ənənəvi neft-qaz layihələrinə, həm də günəş enerjisinin inkişafı sahəsində müxtəlif layihələ sərmayə yatıracaq.

Xatırladaq ki, Fransanın "TotalEnergies" neft-qaz şirkəti hasilata görə "Royal Dutch Shell", "British Petroleum" və "ExxonMobil"dən sonra dünya lideridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR