EIA 2021-2022-ci illərdə ABŞ-da neft hasilatı üzrə proqnozunu azaldıb

EIA 2021-2022-ci illərdə ABŞ-da neft hasilatı üzrə proqnozunu azaldıb
# 16 may 2021 12:58 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) ölkədə neft hasilatı üzrə proqnozunu azaldıb.

"APA-Economics" EIA-in aylıq hesabatına istinadən verdiyi xəbərə görə, cari il ABŞ da gündəlik neft hasilatının 11,02 mln. barel olacağı gözlənilir. Ötən proqnoza görə, bu göstərici 11,04 mln. barel təşkil edəcəyi ehtimal olunurdu.

Proqnoza əsasən, gələn il ABŞ-da gündəlik neft hasilatı 11,86 mln. barel təşkil edəcək ki, bu da ötən proqnozdan 20 min barel azdır.

Qeyd edək ki, ötən il EIA-in hesablamalarına görə, ABŞ-da ortalama gündəlik neft hasilatı 11,31 mln. barel olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR