Heydər Əliyev adına NEZ-in təkmilləşdirmə işlərinin 80%-i başa çatıb - FOTO

Heydər Əliyev adına NEZ

© APA | Heydər Əliyev adına NEZ

# 29 noyabr 2021 10:40 (UTC +04:00)

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) modernizasiya layihəsinin yeni qurğular üzrə proqresi 87%-dir, ümumi proqres isə 80% üzərindədir. Cari ilin sonuna işlərin 90%-nin tamamlanacağı gözlənilir.

APA-Economics”in məlumatına görə, bu barədə SOCAR-ın layihələr üzrə meneceri Emil Alxaslı jurnalistlər üçün NEZ-ə təşkil olunan media-tur zamanı deyib.

Onun sözlərinə görə, SOCAR-ın Heydər Əliyev adına NEZ-in modernizasiyası çərçivəsində indiyə qədər 185 min tondan çox betontökmə, 40 min tondan çox metalkonstruksiya işləri görülüb, 1 800 km çox elektrik kabel xətti çəkilib, 1 150 avadanlıq quraşdırılıb, ümumilikdə, indiyədək 39 mln. adam-saat iş görülüb.

E. Alxaslı onu da qeyd edib ki, NEZ-də AVRO-5 dizel yanacağının istehsalına 2022-ci ilin II rübündə, AVRO-5 benzinin istehsalına 2023-cü ilin II rübündə başlanılması, cari mərhələ üzrə layihə işlərinin tamamlanması isə 2023-cü ilin IV rübündə yekunlaşdırılması nəzərdə tutulub.

Xatırladaq ki, 1953-cü ildə əsası qoyulan NEZ-də hazırda təkmilləşdirilmə və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir. Layihənin əsas məqsədlərindən biri də Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. İstehsalat proseslərində, əsasən köhnə qurğuların istismarı zamanı ətraf mühit üçün bir sıra risklər yaranır və təkmilləşdirilmə işləri həm də bu cür risklərin minimuma endirilməsinə imkan verəcək. Bu məqsədlə müasir və beynəlxalq standartlara cavab verən texnologiyaların tətbiqi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR