Hindistan ABŞ-ın strateji neft ehtiyatları ilə bağlı xahişini rədd edib

Hindistan ABŞ-ın strateji neft ehtiyatları ilə bağlı xahişini rədd edib
# 19 noyabr 2021 12:19 (UTC +04:00)

Hindistan ABŞ Prezidenti Co Bayden administrasiyasının qlobal qiymətləri aşağı salmaq məqsədilə neftin dünya bazarında satılması üçün strateji ehtiyatların bir hissəsindən istifadə etmək imkanlarını nəzərdən keçirmək xahişini rədd edib.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Hindistanın neft və təbii qaz naziri Hardip Sinqh Puri bildirib.

Onun sözlərinə görə, strateji neft ehtiyatları heç vaxt belə vəziyyət üçün nəzərdə tutulmayıb. Strateji neft ehtiyatları fors-major hallar üçün (təbii fəlakətlər və ya müharibə səbəbindən bu xammalın tədarükü dayandırıldıqda) yaradılıb.

"Neftin qiymətini aşağı salmaq üçün nefti strateji ehtiyatlardan çıxartmaq əbəs olardı", - o vurğulayıb.

Xatırladaq ki, bu yaxınlarda Co Bayden administrasiyası Cənubi Koreya, Çin, Hindistan və Yaponiya rəhbərlərindən onların strateji ehtiyatlarından neftin bir hissəsini satmaq imkanını öyrənməyi xahiş etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR