IGB qaz kəmərinin istismara verilməsi yenidən gecikir

IGB qaz kəmərinin istismara verilməsi yenidən gecikir
# 26 may 2021 17:45 (UTC +04:00)

Azərbaycan qazını Bolqarıstana daşıyacaq Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (IGB) istismara verilməsinin vaxtı uzadılıb.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumatına görə, bu barədə Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyasının rəhbəri İvan İvanov deyib.

Layihənin operatoru olan ICGB şirkətinin məlumatına görə, koronavirus pandemiyası və Bolqarıstan ərazisindəki əlavə ekoloji qiymətləndirmə işləri boru kəmərinin tikintisi qrafikinə təsir edib.

İ. İvanovun sözlərinə görə, IGB-nin son istismara verilmə tarixi 2022-ci ilin iyunun 30-dək uzadılıb.

Xatırladaq ki, IGB-nin istifadəyə verilməsi 2020-ci ilin sonunadək planlaşdırılırdı. Daha sonra bu tarix 2021-ci ilin oktyabrınadək uzadılmışdı.

Qeyd edək ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. "Sahdəniz" qazının Avropaya nəqli Cənub Qaz Dəhlizi ilə mümkün olacaq (Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri vasitəsi ilə).

Hazırda Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) illik ötürücülük gücü olan mövcud birləşdirici xətlə nəql edilir.

IGB-nin tikintisinə 33 mln. avro vəsaitin ayrılmasını təsdiq edib. Bu vəsait Komotini (Yunanıstan) və Stara Zaqora (Bolqarıstan) arasında tikiləcək 182 km-lik IGB boru kəmərinin ilik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR