"Novatek": Qaz qiymətləri 2019-cu ilin səviyyəsinə qayıtmayacaq

Leonid Mixelson

© APA | Leonid Mixelson

# 29 oktyabr 2021 10:26 (UTC +04:00)

Təbii qaz qiymətləri 2019-cu ilin səviyyəsinə artıq qayıtmayacaq.

"APA-Economics"in məlumatına görə, bunu Veronada keçirilən XIV Avrasiya İqtisadi Forumunun Təbii Qaz və Yaşıl İqtisadiyyat sessiyasında çıxış edən Rusiyanın "Novatek" qaz şirkətinin İdarə Heyətinin sədri Leonid Mixelson deyib.

"Yəqin ki, qış çətin keçəcək. İkinci rübdən etibarən qazın qiyməti azala bilər. Lakin 2019-cu ildə olan qiymətlərə qayıtmayacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR