OPEC ölkələri mayda "OPEC+" öhdəliklərini 125% yerinə yetirib

OPEC ölkələri mayda "OPEC+" öhdəliklərini 125% yerinə yetirib
# 10 iyun 2021 17:22 (UTC +04:00)

OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri bu ilin may ayında gündəlik neft istehsalını aprel göstəricisi ilə müqayisədə 0,39 mln. barel artıraraq 25,46 mln. barelə çatdırıb.

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, OPEC ölkələri "OPEC+" razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində öhdəliklərini 125% yerinə yetirib. Neft hasilatını əsasən Səudiyyə Ərəbistanı, Venesuela və İranda artırıb, Nigeriya və Anqola isə azaldıb.

Belə ki, may ayında neft hasilatındakı əlavə könüllü azalmada tədricən çəkilməyə başlayan Səudiyyə Ərəbistanında neft istehsalı, aprel ayında görə gündəlik 345 min barel artıb. Venesuelada neft hasilatı gündəlik 45 min barel, İranda isə 42 min barel çoxalıb. Eyni zamanda, Nigeriyada bu göstərici gündəlik 72 min barel, Anqolada isə 60 min barel azalıb.

Qeyd edək ki, 2021-ci ilin may ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 674 min barel olub və bunun 586 min barelini xam neft, 88 min barelini isə kondensat təşkil edib.

Xatırladaq ki, "OPEC+" ölkələri nazirlərinin müvafiq iclaslarında qəbul edilmiş razılaşmalar çərçivəsində ölkəmizdə orta günlük xam neft hasilatının cari ilin may ayında 603 min barel, iyun ayında 610 min barel, iyul ayında isə 620 min barel səviyyəsində saxlanılması müəyyənləşmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR