"OPEC+" ölkələri nazirlər görüşünün keçirilməsini müzakirə edir

"OPEC+" ölkələri nazirlər görüşünün keçirilməsini müzakirə edir
# 17 iyul 2021 15:16 (UTC +04:00)

Müttəfiqlər arasındakı əsas fikir ayrılıqları həll olunduğuna görə "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri iyulun 18-də nazirlərin görüşünün keçirilməsi məsələsini müzakirə edir.

"APA-Economics”n məlumatına görə, bu barədə TASS mənbələrinə istinadən xəbər verir.

"Böyük ehtimalla, görüş sabah keçiriləcək. Hazırda biz rəsmi təsdiqi gözləyirik", - mənbə qeyd edib.  

Xatırladaq ki, 1-2 iyul tarixlərində keçən danışıqlar zamanı tərəflər konsensusa gələ bilməyib və müzakirələri 5 iyul tarixində davam edəcəyi barədə qərar verilib. Lakin, iyulun 5-də də danışıqlar baş tutmayıb. Razılığın əldə olunmamasının əsas səbəbi kimi razılaşmanın müddətinin uzadılması məsələsi, istehsalın azalması üçün kvotaların hesablandığı baza istehsal səviyyəsi və bununla bağlı BƏƏ-nin mövqeyi göstərilir.

Qeyd edək ki, "OPEC+" ölkələri gündəlik neft hasilatının artırılması və razılaşmanın müddətinin 2022-ci ilin sonunadək (hazırda razılaşma 2022-ci ilin aprelin axırına kimi olan müddəti əhatə edir – red.) uzadılması məsələlərini müzakirə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR