"Qazprom" qaz satışından gəlirlərini iki dəfə artırıb

"Qazprom" qaz satışından gəlirlərini iki dəfə artırıb
# 11 oktyabr 2021 17:35 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Rusiyanın "Qazprom" şirkətinin boru kəmərləri ilə qazın ixracından əldə etdiyi gəlirləri illik müqayisədə iki dəfə artaraq 28,4 mlrd. ABŞ dollarına çatıb.

Bu barədə "APA-Economics" Rusiyanın Federal Gömrük Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, yanvar-avqust aylarında qaz ixracının fiziki həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11,7% artaraq 140,6 mlrd. kubmetrə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR